Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edb.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak edən rayon ictimaiyyəti abidə önünə tər gül çiçək dəstələri qoyublar.