Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Unikal.org xəbər verir ki, jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev türk dünyası tarixində böyük nüfuza sahib şəxsiyyətlərdən olub.

Sonra Erkan Özoral Azərbaycanın İsraillə münasibətlərini rəsmi Ankaranı narahat etməsi ilə bağlı iddialara münasibət bildirib:

"Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə münasibət qura bilər. Bu, Türkiyəni narahat etməz. Eyni zamanda, Türkiyənin də digər ölkələrlə münasibəti Azərbaycanı narahat etməz".

O qeyd edib ki, Azərbaycan və Türkiyə qardaş dövlətdir: "Bu münasibətləri kimsə poza bilməz".