shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Sabunçu sakinindən narkotik və qumbara götürüldü - Unikal.org
21 Yanvar 2019
Sabunçu sakinindən narkotik və qumbara götürüldü
Sabunçu sakinindən narkotik və qumbara götürüldü HADİSƏ 17:40 2018-12-12

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.