SWIFT Beynəlxalq banklararası məlumat ötürülmə və ödəniş sisteminin baş direktoru Qottfrid Leybbrandt istefa vermək qərarına gəlib.

"SWIFT 7 il əvvəlkindən tamamilə fərqli bir vəziyyətdədir. Hər zaman idarəçiliyi ötürmək və yeni fəsildən yazmaq vaxtı yetişir. Fikrimcə, indi bunun zamanıdır".

Unikal.org-un məlumatına görə, 58 yaşlı baş direktor gələn ilin iyununda səlahiyyətlərini təhvil verəcək.

SWIFT sisteminə dünyanın 200 ölkəsindən 11 mindən artıq maliyyə institutu qoşulub.