ABŞ-ın İrəvandakı səfirliyi vətəndaşlara xəbərdarlıq edib ki, dekabrın 12-də Ermənistana səfər edərkən ayıq-sayıq olsunlar.

Unikal.org news.am-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat yerləşdirilib.
“ABŞ-ın İrəvandakı səfirliyi tətil mövsümünün yaxınlaşması ilə əlaqədar vətəndaşlarını sayıq olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan şəxslər tərəfindən hər zaman təhlükə mövcuddur: “Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”.