Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çox sayda sərnişin yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.

Qəza nəticəsində iki vaqon aşıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralandı. 

Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. 

09:38:00

*****

12:09


Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı isə 47-yə çatıb.

Haberler-ə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Cahit Turhan bildirib. 

Onun sözlərinə görə, ölənlərdən 3-ü maşinist, 6-sı isə sərnişindir. Nazir deyib ki, hadisə ilə bağlı araşdırmalar davam edir.