Əfsanəvi  Dieqo Maradonanın qızı,  futbolçu Serxio Aqueronun keçmiş həyat yoldaşı Cannina Maradona “instagram”dakı paylaşımı ilə diqqət çəkib. 

Unikal.org xəbər verir ki, “River Pleyt”in “Boka Xuniors”a qalib gələrək çempion olduğu Libertadors kuboku ilə bağlı paylaşım edən Cannina, şəklini paylaşaraq, “River Pleyt”in bütün təbrik mesajları və şərhləri mənə gəlsin” açıqlamasını yazıb.

Qeyd edək ki, vaxtı ilə “Boka Xuniors”da oynamış Maradonanın qızının açıq-saçıq paylaşımına necə reaksiya verəcəyi maraq doğurur.