Bakı sakini naməlum şəraitdə itkin düşüb.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, 11-ci Xreptovı küçəsi, ev 17-də yaşayan, 1986-cı il təvəllüdlü Qarayev Rəşad Eldar oğlu həmin rayonun A.Şaiq küçəsi 205 saylı ünvandan, qonaq getdiyi evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.