Bakıda, Abşeron və Sumqayıtda piyadaları vuran sürücülər saxlanılıb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Bakı şəhər sakini Röyal Eynullayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü – paytaxt sakini V.Bağırova saxlanılıb.

Dekabrın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Elməddin Kərimov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən şəhər sakini Füzuli Yusifovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Dekabrın 14-də saat 7 radələrində Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini Nazim Şirinov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən şəhər sakini Elxan Çələbiyevi vurmuş və nəticədə piyada hadisə yerində ölüb.