2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən gətirilən minik avtomobillərinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a  verilən məlumata görə, 10 ay ərzində xaricdən Azərbaycana 17345 ədəd minik avtomobili gətirilib. İdaxl olunan vatomobillərin dəyəri 283 817 000  dollar təşkil edib.

Bu müddətdə xaricdən 179 ədəd avtobus, 1722 ədəd yük avtomobili də gətirilib.