Son 10 il ərzində Azərbaycanda minimal əməkhaqqı 5,2 dəfə artıb.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hesabat dövründə ölkədə 2 milyondan çox iş yeri açılıb: “Bunlardan 1,6 milyonu daimi iş yeridir, nominal əməkhaqqı isə 6,6 dəfə artıb”.

Nazir onu da xatırladıb ki, səmərəli məşğulluğun təmin olunması üçün 2019-2030-cu illər üzrə Azərbaycanın Məşğulluq Strategiyası təsdiq olunub.