Son günlər dünya bazarında meftin qiymətində kəskin ucuzlaşma müşahidə edilir. Dünya bazarında neft 1 gündə 6% dəyərini itirdi. Dünən Bakı vaxtı ilə saat 23:52-də London birjasında Brent markalı neftin 1 bareli $55.91 oldu. 

Unikal.org xəbər verir ki, Neft-qaz Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin ucuzlaşmasının səbəblərini belə izah edib:

"Neft niyə birdən birə dekabrın 7-dən sonra $63-dan gəlib $56 ətrafında bərqərar oldu. Bunun bir neçə səbəbi var: 1) ABŞ-da şist neft hasilatının artması və 2019-cu ilin yanvarında onun yeni rekord göstəricilərə çatması ilə bağlı yeni proqnozların açıqlanması; 2) Rusiyanın energetika naziri A.Novakın 2018-ci ilin yekunlarına görə ölkəsinin neft hasilatına dair artımlı açıqlaması və nəhayət...3) ABŞ-Çin ticarət müharibələri nəticəsində 2019-cu ildə dünya iqtisadiyyatının inkişaf tempinə dair əvvəlki proqnozların azalmağa doğru korrektə edilməsi".