Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib. 

Unikal.org-un məlumatına görə, "Əlincə Arena"da "Sabah" komandası "Qəbələ"ni qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 

Yeganə topu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. Görüş bərabər mübarizə şəraitində keçib. Meydan sahiblərinə ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq lazım gəlsə də, kəsərli hücumlar qurmaları alınmayıb. Əvəzində "qırmızı-qaralar" əks-hücum zamanı istəklərinə çatıblar. Adeniyi müdafiəçilərdən dönən topu qüvvətli zərbə ilə tora göndərib.

Beləliklə, hər iki görüşdə eyni hesabla qalib gələn "Qəbələ" yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib saat 19:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşünün nəticəsinə əsasən müəyyənləşəcək. İlk matçda Ağdam komandası qalib gəlib - 1:0. 

Qeyd edək ki, digər yarımfinalda isə "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.