Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini, iş adamı 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirzaid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.

Unikal.org-a daxil olan məlumata görə, güllələnən şəxs iki gün əvvəl "Bank BTB" ASC-nin iddiası əsasında məhkəməsi keçirilib. 

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasında hakim Ələsgər Əliyevin sədirliyi ilə məhkəmə prosesi baş tutub. Məhkəmə bankın kredit müqaviləsi üzrə mübahisələri əsasında olub.