“Barselona” heyətini yeni futbolçuyla gücləndirib.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi “Valensiya”nın müdafiəçisi Ceyson Murilyonu mövsümün sonuna qədər icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Barselona" mövsümün sonunda 25 milyon avro ödəyərək, Murilyonun transfer hüquqlarına sahib ola biləcək.

Karyerası ərzində “Qranada”, “İnter”, “Valensiya” kimi klublarda çıxış edən 26 yaşlı müdafiəçi, 26 dəfə də Kolumbiya millisinin formasını geyinib.