Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla söhbət zamanı bəyan edib ki, kürd döyüşçülərinin Ağ ev tərəfindən dəstəklənməsinin məqsədini başa düşmür.

Unikal.org xarici mətbuata  istinadən xəbərinə görə, R.T.Ərdoğan vurğulayıb ki, Trampın özünün dediyinə görə, İŞİD terror təşkilatı devrilib. O həmçinin regionda minə yaxın amerikalı hərbçilərin qalmaqda davam etməsinin səbəbi barədə sual verib.

"Bilirsən nə var? Götür. Mən gedirəm", - Tramp deyib.

Bildirilir ki, söhbətin detallarını ABŞ administrasiyasının bir neçə əməkdaşı təsdiqləyib.

Xatırladaq ki, Birləşmiş Ştatlar Suriyadan öz qoşunlarını çıxarmağa başlayıb.