Azərbaycan millisinin üzvü, "Astana"da çıxış edən Riçard Almeyda qış fasiləsində "Qarabağ"a qayıdacağı ilə bağlı iddiaya münasibət bildirib.

Unikal.org xəbər verir ki, Almeyda "Sports.kz" saytına açıqlamasında “Qarabağ” variantı haqda heç nə bilmədiyini bildirib:

"Bu barədə heç nə bilmirəm. Hazırda "Astana" ilə müqaviləm var. Mövsüm başa çatdığı üçün indi Braziliyada dincəlirəm".

Almeyda 2012-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, ötən mövsümün sonunda "Astana"ya keçib. Yarımmüdafiəçinin Qazaxıstan klubu ilə 1,5 illik müqaviləsi var.