19 Aprel 2019
18 Aprel 2019
DƏHŞƏT: Onu tərk edən ərindən intiqam almaq üçün uşaqlarını... (FOTO+VİDEO)
DƏHŞƏT:Onu tərk edən ərindən intiqam almaq üçün uşaqlarını... (FOTO+VİDEO) DÜNYA 13:24 2018-12-22

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib. Belə ki, Bahattin. D-nin ailəsini tərk edib başqa şəhərə getməsini həyat yoldaşı qəbul etməyib və o uşaqlarından istifadə edərək ərindən intiqam alıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, 20 yaşlı Elif.D adlı qadın 1 və 3 yaşlı 2 övladlarını döyüb və həmin anın görüntülərini mobil telefonu ilə lentə alaraq onları tərk edən həyat yoldaşına göndərib. Qadın həmin videonu həyat yoldaşına göndərərkən “intiqamımı belə alaram” deyə qeyd edib. Hadisə İraqda olan babanın həmin görüntüləri polisə təqdim etməsindən sonra ortaya çıxıb. Polis həmin görüntülər əsasında evdə əməliyyat keçirsə də heç kimi tapmayıb. Uşaqlar və ananın xəstəxanada olduğu müəyyənləşib. Qadın polis tərəfindən saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Polisin sübut olaraq qəbul etdiyi görüntülərdə qadının uşaqlarını döydüyü məlum olub. Həmin görüntüdə ərinə müraciət edən qadın “bax, görürsən uşaqların ağlayır, nə yemək yeyib, nə altı təmizlənib. Hələ evimin halına bax. Gördün necə ağlayırlar? Mənimlə yola getməlisən. Gördün, intiqamını belə alaram. Öldürərəm”-deyə təhdid edib.