Yanacaq çəninin içərisindən 500 ədəd pirotexniki vasitə tapılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Oka" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən üzərində "P23" yazısı olan 500 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.