Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitoya təbrik məktubu göndərib. 

Unikal.org-un xəbərinə görə, məktubda deyilir: 

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram".