İndoneziyada sunami nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə qarşı Mübarizə üzrə Milli Agentliyinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə əsasən, daha 20 nəfər itkin düşüb və 584 sakin isə xəsarət alıb.

Sunami 430-a yaxın evə və mehmanxanaya zərər vurub.

Qeyd edək ki, daha əvvəl ölənlərin 43 nəfər olduğu bildirilirdi.

xxx

 İndoneziyada sunami nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hazırda insanların fəlakət zonasında təxliyə işləri aparılır.