Aktyor Sərxan Kərəmoğlunun ötən gün "Maşın" şoudan aktyor Taleh Yüzbəyovu uzaqlaşdırması sosial şəbəkədə tənqid edilib. 

Unikal.org axşam.az-a istinadən bildirir ki, Sərxan Talehin maraqsız oyunçu olduğunu bildirib:

"Talehi oyundan çıxardım, sizcə niyə? Çünki orada sevgi və çirkab var. Mən də bu çirkaba bulaşdım. Taleh isə heç oyun göstərmirdi, onu sınmadan uzaqlaşdırdım. Oyunda oyunçu lazımdır. Ramil Rabran isə artıq məğlub oldu, onun çıxışları ona kömək olmadı. Onu oyunda görmək istədim niyə? Bütün bunlar daha sonra".