“Amerika Birləşmiş Ştatlarının müdafiə naziri vəzifəsini Pentaqon rəhbərinin müavini Patrik Şanahan icra edəcək”. 

Unikal. org xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Twitter"də yazıb.

"Mən 2019-cu ilin 1 yanvar tarixindən etibarən bizim istedadlı müdafiə nazirinin müavini Patrik Şanahanın müdafiə nazirinin vəzifəsini icra edəcəyini xəbər verməkdən çox şadam. Patrik, həm müavin olaraq, həm də "Boeing"də işlədiyi vaxtlarda bir çox nailiyyətlərə imza atıb. O, möhtəşəm olacaq", - deyə Donald Tramp bildirib.

Bundan əvvəl Amerika lideri Donald Tramp ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirmişdi.