Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın qoşunların Suriyadan çıxarılmasına dair qərarına münasibət bildirib.

Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, Makron amerikalı həmkarının belə bir qərar verməsinə təəssüfləndiyini deyib. 
"Bu qərarı üzüntü və təəssüf hissi ilə qarşıladım. Müttəfiq etibarlı və digər müttəfiqlərilə əlaqəli olmalıdır", - deyə Makron Trampın qərarını dəstəkləmədiyini etiraf edib.