Sumqayıtda 5 otaqlı ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, şəhərin Corat qəsəbəsində ümumi sahəsi 90 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.