Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən bazarda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Miriyev Nicad Ədalət oğlu hələ ki, məlum olmayan səbəblərdən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı polis tərəfindən araşdırılır.