Ötən gün Ağcabədi rayonunda məcburi köçkün ailəsində yeniyetmə qız özünü öldürmək istəyib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə dekabrın 23-də Taxta körpü adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb. Əslən Laçın rayonundan olan ailənin 15 yaşlı qızı T.B. özünü öldürməyə cəhd edib.

Gənc qız günorta saatlarında özünü kəndirlə asıb. Bu vaxt onun özündən böyük bacısı otağa daxil olan və tez bıçaqla kəndiri kəsib.
Gənc qız ölümün bir addımlığında xilas olunub. Onu tez həkimə çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.