Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında struktur dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə, akademiyada  Gənclərlə İş üzrə Müşavirlik ləğv edilib. Nazirin digər əmrinə əsasən, rektorun müşaviri olan professor Yusif Babanlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman İşləri üzrə prorektoru təyin edilib.

Xəbəri Gənclər və İdman Nazirliyindən Unikal.org-a təsdiqləyiblər.

Famil Fərhadoğlu