Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 24-də saat 9 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Havzava kənd sakinləri Allahverdi İmaməliyevin idarə etdiyi “VAZ-2106” və Rabil Şükürzadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə A.İmaməliyev hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.