Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin əməkdaşlarını və tələbələrini təbrik edib, onlara tədris və şəxsi həyatlarında uğurlar arzulayıb.

Unikal.org xəbər verir ki, professor Eldar Quliyev universitetin əmək kollektivinin, eləcə də ilin ən yaxşı göstəricilərə nail olmuş tələbələrinin pulla mükafatlandırılması barədə əmr imzalayıb.