Taylandın paytaxtı Banqkokda qəribə hadisə baş verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən ölkədə ailə öncəki həyatlarında birlikdə olduqlarına inandığı yeniyetmələri evləndirib. 
6 yaşlarındakı bir oğlan və bir qıza Budist qaydalarına uyğun olaraq toy mərasimi keçirilib. 

Belə ki, əkiz bacı-qardaş 2012-ci ildə dünyaya gəldiyi zaman ailə onların öncəski həyatlarında sevgili olduğunu və dərhal evlənmələri gərəkdiyinə inanaraq belə addım atıblar. 

Hadisə ilə bağlı uşaqların atası açıqlama verib: 

“Bu evlilik məclisinin səbəbini  əkiz uşaqlarımızın əvvəlki həyatlarında bir-biriylə sevgili olduqlarına inanmağımızdır. Bu inanc bizə keçmiş ata-babalarımızdan qalıb. Öncəki həyatlarında yaşadıqları problemləri həll edə bilmələri üçün bu toyu etmək məcburiyyətindəyik. Əgər evlənsələr gələcəkdə  sağlam və uğurlu bir həyatları olacaq, xəstə olmayacaqlar”.