Noyabrın 17-dən başlayaraq Fransada keçirilən "sarı jiletlilər aksiyası ölkə iqtisadiyyatında ciddi ziyan vurub.

Unikal.org  xəbər verir ki, bu barədə Fransanın Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, etirazlar daha çox özəl şirkətlərəmənfi təsir edib, nəticədə 43 mindən çox insan işsiz qalıb. 

Etiraz aksiyaları səbəbindən ticarət mərkəzləri, kiçik və orta sahibkarlar iqtisadi böhranla üzləşiblər. Ölkədə alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. 280-dən çox ticarət mərkəzi 2 milyard avro ziyanla üzləşib. 

Qeyd edək ki, indiyədək "sarı jiletlilər"in aksiyalarında 10 nəfər həlak olub, mindən çox insan xəsarət alıb, 4500 nəfər isə saxlanılıb.