Taylandda çətənənin tibbi istifadəsi leqallaşdırılır. Beləliklə Tayland tibbi çətənəni təsdiqləyən ilk Cənub-Şərqi Asiya ölkəsi olub. Unikal.org xarici mətbuata sitinadən xəbər verir ki, bu qərar ölkəyə "yeni il hədiyyəsi" kimi qiymətləndirilir. Taylandın Vəkillər Şurası çətənənin becərilməsini leqallaşdırmaq barədə qanun qəbul etsə də, qüvvəyə minməsi üçün kralın təsdiqləməsini gözləyirlər. Tailandın Milli Fermerlər şurasının prezidenti Prapat Panyarçartrak qeyd edir ki, çətənə becərilməsi və yağının istehsalından ölkənin kənd təsərrüfatına ildə 2,7 milyard avro gəlir qazandıra bilər.

 Tibbi çətənənin istifadəsinin sərbəst olması üçün 1979-cu ildə edilən qanunda dəyişiklik edilib. Yeni qərara 166 bəli səsi gəlib. 13 nəfər isə qərarsız qalıb. Yeni qanuna qarşı çıxan yoxdur. 

Yeni qanunla bağlı ölkənin baş nazir köməkçisi Prajin Juntong açıqlama verib. Onun sözlərinə görə çətənə məhsulunun nə qədər becərilib yetişdirilmsinə hökumət qərar verəcək.