Arı südü dünyanın ən bahalı südü kimi qəbul edilir. Bir litri 15-20 min tl-yə (təxm. 7-10 min manat) satılan arı südünün istehsal rəqəmləri də o qədər yüksək deyil.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkədə hər il cəmi 50 litrə yaxın arı südü istehsal olunur ki bu da onkoloji xəstələrə tövsiyə edilir.

Mütəxəssislərin sözlərinə görə, arı südü həm də yuxu problemini aradan qaldırırr, həm də əsəb sistemini yaxşılaşdırır.  Bundan başqa arı südü ürəyi daha da sağlamlaşdırır.

Arı südü kosmotoloji olaraq da xeyrlidir. Artıq çəkidən azad olmaq, dəri problemlərinin arada qaldırılması və saç tökülmısinin qarşısının alınması üçün arı südündən istifadə tövsiyə olunur.