Ələt-Astara-İran dövlət sərhədi yolunun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində mikroavtobus yanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Lerik rayon sakini Arzuman Cankişi oğlu Kişiyevin idarə etdiyi "99-MF-342" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobus hərəkətdə olarkən, naqillərdə başlayan qısaqapanma nəticəsində yanmağa başlayıb.

Alov qısa zamanda bütün mikroavtobusu bürüyüb. Xoşbəxtlikdən yanğın zamanı nəqliyyat vasitəsində sərnişin olmayıb. Hadisə yerinə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.