Ötən gün Azərbaycanda yüksək vəzifəli  məmur intihar edib.

Unikal.org-un məlumatına görə  dekabrın 30-da saat 11:15 radələrində  Naxçıvan Gömrük Komitəsinin sədr müavini, gömrük polkovniki Mirməhəmməd Seyidov özünü güllələyib.  M. Seyidov Şərur rayonunun mərkəzində xidməti maşını saxlatdırıb və avtomobili  tərk  edərək odlu silahdan özünə  atəş açaraq  intihar edib. 

Qeyd edək ki,M. Seyidov Binəqədinin keçmiş prokuroru Mirələkbər Seyidovun qardaşıdır.

Unikal.org-a açıqlama verən  Mirələkbər Seyidov qardaşının intihar etdiyini və bu gün Bakıda "Sədərək" qəbirsanlığında dəfn olunacağını bildirib.