Xızı rayonunun Yeni Yaşma kəndində BMW yanıb. Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “BMW” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.