Ağdaşda yük maşını minik maşını ilə toqquşub.

Unikal.org ”Report”a istinadən xəbər verir ki, hadisə Ləki-Xınaxlı avtomobil yolunda baş verib.

Belə ki, Kotavan kənd sakini Məhbuz Məmmədovun idarə etdiyi “Mersedes” markalı minik maşını Ağzıbir kənd sakini Cahid Məhərrəmovun idarə etdiyi “QazEl” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “Mersedes”in sürücüsü Məbuz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.