Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  virtualaz.org-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Abşeron rayon sakini Yaqub Ağalarov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini, arvadı Minə Omarxanova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.