Gəncə şəhərində bayram axşamı pirotexniki vasitə partladan şəxslər xəsarət alıblar.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb. 

Belə ki, təxminən, 20 və 36 yaşlarında olan şəxslər pirotexniki vasitəni partlatmaq istəyərkən əllərindən xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıb və hər ikisinə tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.