Sıx eşq həyatı ilə maqazin gündəminə tez-tez gələn dünya şöhrətli müğənni Jennifer Lopez, sevgilisi Alex Rodriguez ilə Kaliforniyada bir idman salonunda çıxarkən görüntülənib.

Unikal.org xəbər verir ki, Jennifer Lopez idman geyimi ilə sevənlərini məst edib. Yeni ilin ilk günü sevgilisi Alex Rodriguez ilə Kaliforniyada bir idman salonundan çıxarkən kameraların obyektivinə tuş gələn 49 yaşlı müğənni görkəmi, fizikasıyla gənc qızlara meydan oxuyub. Qara rəngdən idman paltarı geyinən Lopez əzmi ilə pərəstişkarlarının yenidən sevgisinə səbəb olub.