Gəncə şəhərində xəstəxanada yanğın olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhər Endokrinoloji Xəstəxanada hələ ki, bilinməyən səbəbdən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.