"Qalatasaray"la "Fənərbaxça" arasında baş tutan Türkiyə kubokunun final matçından sonra verdiyi açıqlamalar səbəbindən Əziz Yıldırım cəzalandırılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 3 ay müddətinə klubun bütün idman növlərindəki oyunlarını arenadan izləyə bilməyəcək.
Kubokun final matçından sonra "oyun alqı-satqısının kralını "Qalatasaray" edib" deyən Əziz Yıldırım haqqında 7 "Qalatasaray" azarkeşi şikayət etmişdilər.
Azizi Yıldırım Türkiyə Superliqasının ilk iki həftəsini və basketbol çempionatının "Fənərbaxça" ilə "Anadolu Efes" arasındakı final oyunlarını izləyə bilməyəcək.
Məlumatda bildirilir ki, Yıldırım bu qərara etiraz etmək hüququ var.