Acun İlıcalının "Miss Turkey 2017" yarışmasında Türkiyə gözəli seçilən İtır Esenlə birlikdə olma xəbəri gündəmdən düşmür. 

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, İtır müsahibə verərək eşq iddialarını cavablandırıb. 

"YouTube" layihəsi üçün işləməyə başlayanda Acun İlıcalı ilə görüşdüm. Həftənin 2-3 günü sınaq çəkilişləri edirik. Yeni layihə olduğu üçün özü də yaxından maraqlanır. Birlikdə həm gözəl layihə hazırlayır, həm də gözəl vaxt keçiririk. "Acun Medya"nın yaradıcı heyəti çox əyləncəlidir. Acunla həftədə 3 dəfə görüşürük" deyən Esen eşqlə bağlı sualları da üstüörtülü cavablandırıb.