CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-ü 62,11 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,47 dollar/barel azdır.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,44 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated”  etalon növlü neftin son qiyməti 59,03 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.