Gecə saatlarında Nərimanov rayonu, Sabit Rəhman 53 ünvanında yanğın hadisəsi baş verib. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) ərazisində kağız tullantıları 4 m² sahədə  və yaxınlıqda dayanmış “Ford” markalı yük avtomobilinin ön hissəsi və iki təkəri yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.