“Mançester Yunayted” komandadan ayrılacağı deyilən Maruan Fellaini ilə bağlı qərarını verib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 31 yaşlı futbolçunu qış transfer dövründə satmağa qərar verib. Klub onun transfer qiymətini də müəyyənləşdirib. Baş məşqçi Ole-Qunnar Sulşerin heyətdə görmədiyi futbolçunun transfer qiyməti 17 milyon avro olaraq müəyyənləşdirilib.

Fellaini ilə “Milan”, “Portu”, “Fənərbaxça” kimi klubların maraqlandığı deyilir.

“Mançester Yunayted”lə 2020-ci ilədək müqaviləsi olan yarımmüdafiəçi, Premyer Liqanın son iki oyununda iştirak etməyib.