Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl, dərdini danış"da maraqlı analar qeydə alınıb.

Unikal.org xəbər verir ki, ilk olaraq verilişdə Hikmət bəyin məsələsi müzakirə edilib. İddialara görə Bakıda fəaliyyət göstərən məhşur İngilis şirkəti iş vaxtı xəsarət aldığına görə Hikmət bəyə yardım etmək istəməyib. Qısa vaxta araşdırma aparan ekspertlər şirkətin qaydalarını pozduğu üçün Hikmətə əl uzatmadığı bəlli olub. Sığortalardan da danışılan proqramın sonuna yaxın uzun müddətdir axtarılan oğruların görüntüsü yayımlanıb. Teleaparıcı "Bu insanları tanıyanlar xahiş edirik 102 qaynar xəttinə yaxud bizə zəng eləsinlər." deyə müraciət edib.

Görüntülərdən də göründüyü kimi iki cavan oğlan mağazaya daxil olur və pis əməllərini həyata keçirir. 

Xatırladaq ki, bu verilişdə tez-tez kriminal hadisələr gündəmə danışınır. Veriliş həftə içi hər gün saat 15:20 dən sonra Amilin  təqdimatında Space Tv-də yayımlanır...