Məşhur  müğənni  Murat Boz etdiyi hərəkətlə hır kısin rəqğbətini qazanıb. Onun gördüyü iş həm hər kəsi duyğulandırıb, həm də təəccübləndirib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Türkiyə Təhsil Vəqfinin (TEV) hesabına səssiz sədasız 250 min TL hədiyyə edib. Vəqfin rəhbəri və müavini  hesablarına köçən 250 min tl-ni göndərənin Murat Boz olduğunu öyrənincə şoka düşüblər.  

Murat Bozla əlaqə saxlayan Vəqf rəsmiləri ona “Pulu siz göndəribsiniz?” sualın veriblər.  Müğənni “Əlbəttə TEV-ə göndərdim. Təhsilə mənim də faydam olsun istədim. Bunu başlanğıc olaraq düşünürəm. Büdcəm uyğun oldyğu zamanlarda bu iyanəni davam etdirməyi düşünürəm”.