Sosial şəbəklərdə vətəndaşlar tərəfindən çəkilərək yayılan video izləyənlərin marağına səbəb olub. Belə ki, küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq yolda qalmış sürücünün köməyinə polislər  çatıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, vətəndaşlar tərəfindən çəkilən görüntülərdə yağışlı havada YPX və PPX əməkdaşları avtomobili itəliyərək hərəkət hissəsindən çəkir və sürücüyə yardım edirlər.

Qeyd edək ki, bu gün və sabah hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumat verilmişdi. Daxili İşlər Nazirliyi də xəbər yayaraq gücləndirilmiş iş rejiminə keçdiyini bildirmişdi.